SAT mərkəzi

Ali təhsil ocağının beynəlxalq əlaqələrinə, ingilisdilli tədrisə dəstək, univeristetin akademik heyətinin xarici dil bacarıqlarının artırılmasını, xarici imtahanlara, Amerika və Avropanın nüfuzlu universitetlərindəki təhsilə əlçatanlığı təmin etmək məqsədilə NDU-da British Council Azerbaijan nəzdində fəaliyyət göstərən IELTS və American College Board nəzdində fəaliyyət göstərən SAT (14.06.2023) qeydiyyat və imtahan mərkəzləri fəaliyyət göstərir. Mərkəzlər nəinki universitetin, bütövlükdə regionun inkişafına öz töhfəsini verir. 2022-ci ildə NDU IELTS qeydiyyat və imtahan mərkəzində 55 tələbə və 22 müəllim, 2024-cü ildə isə 8 müəllim imtahanda iştirak etmişdir. 2023-cü ildə yaradılmış SAT qeydiyyat və imtahan mərkəzində oktyabr imtahanında 11 şagird, dekabr-da 24 şagird, 2024-cü ilin mart ayında isə 35 şagird iştirak etmişdir. İmtahan verənlər Naxçıvan MR və Bakı şəhərində yerləşən müxtəlif məktəblərin şagirdləridir.